Bütün xəritələri təqdim etmək üçün Ermənistana əlavə təzyiq göstərilməlidir - XİN

21:00 02.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan ərazilərin işğalından azad edilmiş minalanmış sahələrin bütün xəritələrini Azərbaycana təqdim etməyib.

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının iclasında çıxışı zamanı deyib.

"Bu, minalardan təmizləmə və bərpa prosesini xeyli ləngidir, həmçinin keçmiş köçkünlərin öz doğma yurdlarına qayıtmasına ciddi maneə yaradır", - Bayramov bildirib.

O vurğulayıb ki, hazırda Azərbaycan dünyada ən çox minalanmış ölkələrdən biridir.

“Üçtərəfli bəyanat imzalanandan bəri Ermənistanın yerləşdirdiyi minaların partlaması nəticəsində bir neçə yüz Azərbaycan vətəndaşı, o cümlədən mülki şəxslər və jurnalistlər həlak olub və ya ağır yaralanıb”, - nazir bildirib.

Nazir, əlavə edib ki, minalanmış ərazilərin bütün xəritələrini təqdim etmək üçün Ermənistana əlavə təzyiq göstərilməlidir.

Oxunma sayı 47
Siyasət rubrikasından digər xəbərlər