Canlı yayımda etiraf etdi - "ONLAR KƏND-KƏND, BİZ METR-METR İRƏLİLƏYİRİK..."

12:58 05.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna qüvvələrinin hücumu və Rusiyanın geri çəkilməsi davam edərkən, Rusiya televiziyası maraqlı anların şahidi olub.

Hafta.az bildirir ki, Kremlin nəzarətində olan “Rossiya-1-də 60 dəqiqə” verilişinin aparıcısı Olqa Skabeyeva müharibədəki son vəziyyətlə bağlı verlişində verdiyi suallarla sosial medianın gündəmini zəbt edib.

37 yaşlı Olqa Skabeyeva Luqansk xalq milislərindən Andrey Maroçkoya müsahibəsində suallar verərkən döyüş meydanında Rusiyanın uğursuzluğunu etiraf edib.

Müsahibəyə 'Biz əsgər deyilik, bizə izah edin' sözləri ilə başlayan Skabeyeva bu sualları verib:
“Niyə onlar kənddən kəndə irəliləyərkən biz metr metr irəliləyirik? Niyə indi onlar üçün işlər daha yaxşı gedir? Vəziyyət nə vaxt dəyişəcək?'

Maroçko ittihamları rədd edib və iddia edib ki, Rusiya və onun qüvvələrinin geri çəkilməsinin səbəbi NATO olub.

“Nəzərə alaq ki, biz Ukrayna qoşunları ilə döyüşmürük”, - Maroçko bildirib. Biz NATO əsgərləri ilə döyüşürük. Onların böyük resursları var. “Hazırda onların resursları bizimkindən üstündür.
Maroçko sözlərini belə davam etdirib:

“Onların əsas mənbəyi kəşfiyyatdır. Onlar sözün həqiqi mənasında bizim hərəkətlərimizi peykdən onlayn izləyir, istehkamlarımızı izləyirlər. Təbii ki, bu, onlara böyük fayda verir və onların uğur şansları bizimkindən qat-qat yüksəkdir”.

Oxunma sayı 2306