CAR-da daşqınlar nəticəsində ölənlərin sayı 443-ə çatıb

20:29 17.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cənubi Afrika Respublikasının (CAR) cənub-şərqində Kvazulu-Natal əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 443 nəfərə çatıb.

Hafta.az  xəbər verir ki, bu barədə əyalət hökumətinin rəhbəri Sihle Zikalala brifinq zamanı deyib.

"Ölənlərin sayı 443 nəfərə çatıb, 63 nəfər isə itkin düşmüş sayılır", - deyə S.Zikalala bildirib. Xatırladaq ki, daha əvvəl 398 nəfərin öldüyü bildirilirdi.

Onun sözlərinə görə, ən çox ölüm halı İtekveni bələdiyyə dairəsində qeydə alınıb. Burada təbii fəlakət nəticəsində 350-dən artıq insan ölüb.