Çavuşoğlu Rusiyaya başsağlığı verdi

18:50 14.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya başsağlığı verib.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri "Twitter"də paylaşım edib.

"Kahramanmaraşda yanğının qarşısının alınması zamanı baş verən faciəli təyyarə qəzasında türk və rus ekipajının itkisi xəbərinə dərindən kədərləndim. Millətimizin başı sağ olsun, Rusiya xalqına da başsağlığı veririk. Onların qəhrəman fədakarlıqları unudulmayacaq", - Çavuşoğlu bildirib.