Cəbrayıl sakinini maşın vurub öldürdü

21:55 04.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabulda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə Hacıqabul rayonunun Pirssat kəndinin ərazisində baş verib.

Belə ki, yolda hərəkət edən avtomobil yolu keçən Cəbrayıl rayon sakini, 1968-ci il təvəllüdlü Əhmədova Şəhla İdris qızını vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.