Cəbrayılda 80 hektar ərazi yanıb - VİDEO

10:00 17.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gecə saatlarında Cəbrayılda baş verən yanğın zamanı 80 hektar ərazi yanıb.

Hafta.az xəbər verir ki, yanğın rayonun iki kəndi - Aşağı Maralyan və Şükürbəyli ərazisində baş verib.

Hadisə yerinə çağrılan FHN-nin Cəbrayıl, Qubadlı, Zəngilan və Füzuli rayon yanğınsöndürən əməkdaşları yanğını 02:30 radələrində söndürüb.

Yanğının başvermə səbəbi araşdırılır.

Qeyd edək ki, dünən Cəbrayıl rayonunda boş ərazidə güclü yanğın başlamışdı.trend