Cəbrayılda daha bir erməni əsgərin meyitinin qalıqları tapıldı

21:49 05.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qarabağdakı döyüşlər zamanı ölən daha 1 erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

 

Hafta.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, qalıqlar Cəbrayıl rayonu ərazisində aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

 

Qeyd edilib ki, bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 558-ə çatıb.