Çeçen tələbələr “günəş enerjisi ilə işləyən televizor” hazırlayıblar

09:05 16.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya mətbuatı yazır ki, çeçen tələbələr günəş enerjisi ilə işləyən simsiz televiziya hazırlayıblar.

Hafta.az-ın yazdığına görə, Milli Texnologiya Təşəbbüsü (NTI) platformasının açıqlamasına əsasən, Qroznı Dövlət Neft Texniki Universitetinin tədqiqatçıları və tələbələri tərəfindən hazırlanmış sistem tamamilə yerlidir.

NTİ rəsmiləri hazırladıqları sistemin dünyada bənzəri olmadığını iddia ediblər. 32 düymlük ekranlı televizor GreenTV adlanır.

1Prime agentliyi prototip mərhələsində olan televiziyanın hava limanlarında və böyük ictimai yerlərdə yerləşdiriləcəyini yazır.