Cəlilabad məscidində yanğın baş verib

22:39 16.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. 

 

Hafta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Dələli kəndində qeydə alınıb. 

 

Belə ki, kənddəki ziyarətgahın ərazisində yerləşən məscidin dam örtüyü yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülsə də, məscidə ciddi ziyan dəyib.

 

Faktla bağlı araşdırma aparılır.