Cəlilabad polisi yaşlılar və aztəminatlı ailələrə ərzaq yardımı edib

21:10 31.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabad polisi yaşlılar və aztəminatlı ailələrə ərzaq yardımı edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan hafta.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları öz xidməti vəzifələrini yerinə yetirməklə yanaşı həm də xüsusi karantin rejim qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, tənha yaşayan insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrlə bağlı nəcib aksiya keçiriblər.

Həmin sakinlərə baş çəkib, onları sevindiriblər. Polis əməkdaşları rayonun müxtəlif müxtəlif ərazilərində olan belə insanlara ərzaq məhsullarından ibarət bağlamalar gətirib və onlara öz evlərində təqdim ediblər. Bu təşəbbüsü minnətdarlıq hissi ilə qarşılayan insanlar göstərdikləri diqqətə görə, polis əməkdaşlarına öz təşəkkürlərini ifadə ediblər. Eyni zamanda polis əməkdaşları da həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər aparıb, karantin rejim qaydalarına riayət etmələrinin onların özləri və yaxınlarının sağlamlığı üçün vacib olduğu diqqətə çatdırıblar.