Yazını böyüt
Yazını kiçilt
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 45 yaşlı Cavid Niftioğlu saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, həmin şəxsdən 1 ədəd "BERETTA" markalı tapança aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə C.Niftioğlu barəsində həbs qətimkan tədbiri seçilib.

