Cəlilabadda 2 il əvvəl oğurluq edən şəxs tutulub

12:54 22.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabadda iki il əvvəl həyətyanı sahələrdən oğurluq edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, aprelin 17-də oğurluq etdiklərinə görə tutulmuş Rövşən Əzizovun və Mahir Astanovun 2021-ci ilin fevral ayında Zopun kəndindən 4 baş inək oğurlamaları, bundan başqa, Mahir Astanovun müxtəlif vaxtlarda 3 həyətyanı sahədən ümumilikdə 38 ev quşu oğurlaması müəyyən olunub.

Cəlilabad Rayon Polis Şöbəsində araşdırma davam edir.