Cəlilabadda mikroavtobus minik maşınları ilə toqquşub, xəsarət alanlar var

22:20 23.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabadda işçiləri daşıyan mikroavtobus minik maşınları ilə toqquşub.

Hafta.az xəbər verir ki, hadisə rayonun Əhmədli kəndi ərazisində qeydə alınıb.

Tarlada işdən qayıdan fəhlələrin olduğu mikroavtobus iki minik avtomobilinə çırpılıb. Qəza zamanı minik avtomobilinin sürücüləri və mikroavtobusda olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılardan 5-i Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına, 14-ü isə bədənlərinin müxtəlif sınıq diaqnozları ilə Masallı rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 122