Cenevrədə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb

17:19 30.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistanın Xarici işlər nazirləri Ceyhun Bayramov və Zoqrab Mnatsakanyan arasında görüş başlayıb.

Hafta.az-ın məlumatına görə, görüş mətbuat üçün qapalı rejimdə keçirilir.

Görüşdə ATƏT Minskq qrupunun həmsədrləri də iştirak edir.

Qeyd edək ki, görüşdən əvvəl həmsədrlər arasında görüşlə əlaqədar fikir mübadiləsi aparılmışdı.