Cənubi Koreya prezidenti Yoon Suk-yeol martın 16-da Tokioya səfəri zamanı Yaponiyanın baş naziri Fumio Kişida ilə danışıqlar aparacaq. Bu barədə “Reuters” məlumat yayıb. Səfər barədə Koreya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri brifinqdə məlumat verib.
Koreya liderinin səfəri iki gün davam edəcək və Cənubi Koreya rəhbərinin son 12 ildə Yaponiyaya ilk səfəri olacaq. Yaponiyanın Cənubi Koreya ilə yaxınlaşması ABŞ-ın Asiya-Sakit okean regionunda tərəfdaşlarını konsolidasiya etmək səyləri fonunda baş verir.
Əvvəllər bildirilirdi ki, martın 6-da Seul 1910-1945-ci illər arasında Yaponiyanın işğalı zamanı işləməyə məcbur edilən insanlara təzminat ödənişləri ilə bağlı Tokio ilə uzun müddətdir davam edən mübahisəni həll etmək qərarına gəlib.