Cənubi Koreyada bıçaqla hücum nəticəsində 13 nəfər yaralanıb

16:21 03.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Cənubi Koreyada bir kişi avtomobili izdihamın üzərinə sürüb, sonra maşından düşüb və Seongnam şəhərində metro stansiyası yaxınlığında insanlara bıçaqla hücum edib, 13 nəfəri yaralayıb. Bu barədə Korea JoongAng Daily qəzeti məlumat yayıb.

Dörd nəfəri avtomobil vurub, daha doqquz nəfəri bıçaqlayıb. 12 yaralı xəstəxanaya çatdırılıb. Qəzet qeyd edir ki, xəsarətlərin əksəriyyəti həyat üçün təhlükə yaratmır.

Hücum edən şəxs polis tərəfindən saxlanılıb. Hazırda polis onun şərikinin olub-olmamasını araşdırır.