Cənubi Koreyadan Rusiyaya sanksiyalar paketi

11:40 27.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Cənubi Koreya hökuməti avtomobillər də daxil olmaqla, Rusiya və Belarusa daha 682 növ malın tədarükünü qadağan edəcək.

Hafta.az-ın TASS-a istinadən yazdığına görə, Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyi Rusiya və Belarusa ixracı qadağan edən yoxlama siyahısında bəzi dəyişikliklər edib. Yeni əlavə edilən məhsullarla Rusiya və Belarusa satışı qadağan edilən məhsulların sayı 1159-a çatıb.

Qadağan olunmuş məhsullar arasında xüsusilə istehlak materialları, eləcə də ağır tikinti texnikası, akkumulyator batareyaları, aviasiya avadanlığının komponentləri və mühərrik həcmi 2000 kub kubmetrdən çox olan minik avtomobilləri seçilir.

Yeni sanksiyalar və məhdudiyyətlər 2024-cü ilin əvvəlindən qüvvəyə minəcək.

Cənubi Koreya 2022-ci ildən Rusiyaya yeni avtomobil ixracına qadağa qoyub. Qiyməti 50 min dollardan yuxarı olan avtomobillər məhdudiyyətlərə məruz qalıb.

Avropa İttifaqı 2023-cü ilin iyun ayında bütün yeni və işlənmiş avtomobillərin, elektrik mühərrikli avtomobillərin və mühərrik həcmi 1,9 litrdən çox olan hibrid avtomobillərin Rusiyaya ixracını yasaqlayıb.

Yaponiya da eyni qadağa tətbiq etdi.

Rusiya Federal Gömrük Xidməti 2023-cü ilin birinci yarısında Cənubi Koreya və Yaponiyadan Uzaq Şərq vasitəsilə rekord sayda 130 min avtomobilin gətirildiyini bildirib.