“Azərbaycanla Ermənistan arasında əldə olunan tarixi razılaşmalar münasibətilə Azərbaycan xalqını təbrik edirəm! Əminəm ki, Cənubi Qafqazda sülh və əməkdaşlığın yeni bir dövrü başlayır”.

Hafta.az-ın yazdığına görə, bu sözlər Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayelin şəxsi facebok səhifəsində paylaşdığı təbrikdə deyilir.
Diplomat, iki ölkə arasında yolların açılmasının, nəqliyyat və logistika, kommunikasiya, ticarət, energetika sahələrində əməkdaşlığın təkcə Cənubi Qafqaz üçün deyil, həm də Mərkəzi Asiyanın sabitliyi və rifahına böyük töhfə verəcəyinə ümid etdiyini bildirib.

“Prezident Kasım-Jomard Tokayevin təşəbbüsü ilə Qazaxıstanın da sülh prosesində iştirak etməsi bizim üçün qürur mənbəyidir. Biz həmişə tarixi ədaləti və qarşılıqlı hörməti dəstəkləyirik", - deyə səfir Bayel ürək sözlərini tamamlayıb.