Yazını böyüt
Yazını kiçilt
Çexiya iki KUB hava hücumundan müdafiə sistemini və onlara uyğun raketləri Ukraynaya təhvil verəcək, prezident Petr Pavel mayın 10-da radioda deyib. Onun sözlərinə görə, həmçinin Çexiya L-159 qırıcılarının Ukraynaya təhvil verilməsi imkanlarını nəzərdən keçirmək məqsədəuyğundur, České noviny yazır.
Pavel təkrar edib ki, Çexiya artıq Ukraynaya yüzə yaxın tank və eyni sayda zirehli transportyor verib. Lakin Ukrayna Silahlı Qüvvələri hələ də müharibənin həlledici mərhələsinə hazırlaşmaq üçün Hərbi Hava Qüvvələrinin potensialını gücləndirməlidir.