Yazını böyüt
Yazını kiçilt
Çexiya Xarici İşlər Nazirliyi öz vətəndaşlarını Rusiyaya səfərdən çəkinməyə, orada olanları isə mümkün qədər tez ölkəni tərk etməyə çağırıb.
Hafta.az-ın məlumatına görə, Çexiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan sənəddə deyilir: "Çexiya Xarici İşlər Nazirliyi həmvətənlərini [Rusiya Federasiyasını] ölkəni tərk etməyə çağırır.
Vəziyyətinin pisləşməsi təhlükəsi ilə əlaqədar Çexiya Xarici İşlər Nazirliyi respublika sakinlərinə Rusiya Federasiyası ərazisinə səyahətdən çəkinmələri barədə ciddi xəbərdarlıq edir.
Bundan əvvəl ABŞ, Polşa, Rumıniya və Bolqarıstanın hakimiyyət orqanları öz vətəndaşlarına analoji xəbərdarlıqla müraciət etmişdilər.