Ceyhun Bayramov Lavrovla danışıqlar apardı

21:47 20.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

20 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

 

Bu barədə hafta.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Nazirlər, ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini və cari regional vəziyyəti müzakirə ediblər. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların müddəalarının tam icrasının vacibliyi vurğulanıb.

 

Eyni zamanda, tərəflər bölgədə nəqliyyat və tranzit məsələləri ətrafında fikir mübadiləsi aparıb, xüsusilə də Rusiya, Azərbaycan və İran ərazisindən keçən Şimal-Cənub nəqliyyat dəhlizinin potensialının genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

 

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Siyasət rubrikasından digər xəbərlər