Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın söndürülüb - YENİLƏNİB

18:36 14.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən saat 17:13-də söndürülüb.

***

Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanır.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri aparılır.