Çinin "Economic Daily" (Jingji Ribao) qəzetinin yerli hökumət məlumatlarına istinadən verdiyi məlumata görə, 2025-ci ilin yanvar-oktyabr ayları arasında Çin-Avropa beynəlxalq yük qatarı marşrutları üzrə Siandan (Şansi əyalətinin inzibati mərkəzi) yola düşən yük qatarlarının ümumi sayı illik müqayisədə 16,3 faiz artaraq 5063-ə çatıb.
Hafta.az yazır ki, bu rəqəm ilin ilk 10 ayında ilk dəfə olaraq 5000-i keçib və son illərdə yeni bir yüksək həddə çatıb.
Sürətli artım Çin-Avropa yük qatarları üçün xidmət səmərəliliyinin artması ilə əlaqədardır. Çin Dövlət Dəmir Yolu Korporasiyasının (CSRC) Sian filialı nəqliyyat şəbəkəsini genişləndirməyə və inteqrasiya olunmuş yük kanalı sistemi qurmağa davam edir.
"Biz prosesi optimallaşdırdıq, Çin-Avropa qatarları üçün sifarişlərin verilməsinin səmərəliliyini 52,9 faiz artırdıq və geri dönüş səfərlərinin xərclərini 20 faiz azalddıq", - Çin Dəmir Yolu Korporasiyasının Sian filialı ilə əlaqəli Sian Beynəlxalq Liman İdarəsinin stansiya meneceri Li Şiquanq bildirib.
Çin-Avropa beynəlxalq dəmir yolu yük daşıma marşrutları ilə mallarla yüklənmiş "polad dəvələr" Asiya və Avropa ölkələrinə "Çində istehsal olunmuş" məhsullar, geri dönüşdə isə Çinə yüksək keyfiyyətli xarici mallar çatdırır.
Şənsi əyalətində filialları olan BYD, Geely və digər avtomobil istehsalçıları kommersiya nəqliyyat vasitələrinin ixracı üçün Çin-Avropa yük qatarlarından fəal şəkildə istifadə edirlər. Statistikaya görə, 2025-ci ilin birinci yarısında bu cür qatarlarla Siandan 112 min nəqliyyat vasitəsi ixrac edilib.