Çin Tayvana qarşı hərbi güc tətbiq etməyəcəyinə söz vermir

12:09 26.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Çin Dövlət Şurasının Tayvan İşləri İdarəsinin sözçüsü Ma Xiaoguang bildirib ki, Çin hakimiyyəti Tayvanı materiklə birləşdirmək üçün hərbi gücdən istifadə etməyəcəyinə söz verə bilməz. Hafta.az bildirir ki, bu barədə TASS məlumat yayıb.

“Biz hərbi güc tətbiq etməkdən çəkinəcəyimizə söz vermirik. Çin bütün lazımi tədbirləri seçmək hüququnu özündə saxlayır”, - deyə o bildirib.

Bu arada Ma Xiaoguang aydınlaşdırıb ki, Pekin ada ilə dinc birləşməyə sadiqdir və “bir ölkə, iki sistem” prinsipinə əməl edəcək. "Çin Tayvanla bağlı qəti və aydın mövqe tutur" deyib.