Çin Tayvanla birləşmə üçün konkret tarix təyin etmir

12:35 03.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Çinin ABŞ-dakı səfirliyinin sözçüsü Cin Quan Çin Amerika Tədqiqatları İnstitutunda çıxışı zamanı bildirib ki, Çinin materikin Tayvanla birləşməsi üçün dəqiq vaxt qrafiki yoxdur və güc tətbiq etmək istəmir.

“Kimsə beş ildən, on ildən, 2035-ci ildən, 2049-cu ildən danışır. Mən belə düşünmürəm. Biz tez bir zamanda birləşmək istəyirik, amma son tariximiz yoxdur” deyib.

Diplomatın sözlərinə görə, Çin Tayvana qarşı "güc tətbiq etmək istəmir", lakin onun müstəqilliyini elan etməsinə icazə verə bilməz.