Cinayət mühakimə icraatı ilə bağlı qəbzin forması təsdiq ediləcək - FƏRMAN

16:44 26.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzin forması təsdiq ediləcək.

Hafta.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 2 ay müddətində:

- cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzin formasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

- cinayət prosesini həyata keçirən orqana çağırış vərəqəsinin formasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.