Yazını böyüt
Yazını kiçilt
Çinin cənub-qərbində yerləşən Siçuan əyalətində baş verən 5,5 bal gücündə zəlzələ nəticəsində azı 13 nəfər xəsarət alıb.
Hafta.az xəbər verir ki, bu barədə İbin şəhərinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri İbin şəhərinə bağlı Qao qraflığı yaxınlığında, ocağı isə 6 kilometr dərinlikdə qeydə alınıb.
Bildirilir ki, hadisə ilə əlaqədar təxminən 200 nəfər təxliyə olunaraq təhlükəsiz ərazilərə yerləşdirilib.