Çinin həbs düşərgəsində qazax əsilli imam vəfat edib

11:29 13.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin Şərqi Türküstan vilayətindəki həbs düşərgəsində qazax əsilli imamın dünyasını dəyişdiyi bildirilib.

Hafta.az-ın yazdığına görə, vəfat edən şəxs Qazaxıstan əsilli, Şərqi Türküstandan olan 61 yaşlı Bakıtxan Mirzandır.

Mirzanın yaxınlarının verdiyi məlumata görə, Çin həbsxanasında dünyasını dəyişən qazax imamının səhhətində problem olduğu üzə çıxıb. Bildirilib ki, qohumları dəfələrlə Şərqi Türküstanda Çinin dəstəklədiyi hakimiyyət orqanlarından Mirzanın xəstəliyi səbəbindən azadlığa buraxılmasını xahiş etsələr də, sərt reaksiya verilib.

Bacısı imam Mirzanın ölümünü təsdiqləyərkən bildirib ki, Bakitxan Mirzan 2018-ci ildə dini tədbirdə iştirak etdiyinə görə 14 il həbs cəzasına məhkum edilib. Bildirilib ki, Çinin Şərqi Türküstanda başlatdığı “assimilyasiya proqramları” çərçivəsində, xüsusilə 2017-ci ildən sonra on minlərlə uyğur türkü ilə yanaşı, qırğız, qazax kimi digər etnik qrupların nümayəndələri də həbs düşərgələrinə atılıb.