Çinin itkin düşmüş keçmiş XİN başçısı parlamentdən “istefa verib”

10:47 28.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Mərkəzi Komitəsinin verdiyi açıqlamaya görə, Tyantszin Xalq Konqresinin nümayəndəsi, keçmiş xarici işlər naziri Çin Qanın istefası yerli qanunverici orqan tərəfindən qəbul edilib.

Hafta.az-ın yazdığına görə, Çin Qanın "parlament üzvlüyündən çıxarılması" əvəzinə "istefa" ilə getməsi diqqət çəkib.

Ötən il iyunun sonunda yoxa çıxan sabiq nazirin taleyi qaranlıq olaraq qalır.

Çin Qanın istefası onun hələ də sağ olduğunu və mühakimə edilmədiyini göstərir. Çin qanunlarına görə, məhkum edilmiş şəxs siyasi hüquqlarından yararlana bilməz. Lakin onun hələ də ictimaiyyət qarşısına çıxmaması keçmiş nazirin hansısa məhkəmə nəzarəti altında saxlanmasından xəbər verir.

Çin Qan 25 iyun 2023-cü ildə yoxa çıxdıqdan bir ay sonra - 25 iyul 2023-cü ildə heç bir səbəb göstərilmədən işdən kənarlaşdırılıb. Sabiq nazir barəsində hələ ki, heç bir hüquqi proses başlanmayıb.

Çin Qandan təxminən 2 ay sonra, 2023-cü ilin avqustunda qəfil yoxa çıxdıqdan sonra vəzifəsindən azad edilən keçmiş müdafiə naziri Li Şanqfu Mərkəzi Hərbi Komissiya üzvlüyündən kənarlaşdırılıb. İşdən çıxarılmasına baxmayaraq Mərkəzi Hərbi Komissiyanın internet saytında “üzv” kimi görünməyə davam edən Li-nin də adı çıxarılıb.

2023-cü il oktyabrın 24-də nazir vəzifəsindən uzaqlaşdırılan Li-nin taleyi də qeyri-müəyyəndir.

Oxunma sayı 210