COP29 bir daha göstərdi ki, Azərbaycan regionun nüfuzlu aparıcı dövlətidir - Arzuxan Əlizadə

18:56 15.11.2024
Yazını böyüt
Yazını kiçilt

“COP29-a ev sahibliyi etməsi Azərbaycanın siyasi uğuru və proseslərdə iştirakının əhəmiyyətli olduğunun sübutudur.

Bunu hafta.az-a deputat Arzuxan Əlizadə bildirib. Onun sözlərinə görə, COP29-da iştirak edən müxtəlif ölkələrin dövlət başçıları, hökumət rəhbərləri ilə münasibətlərin bir qədər də yaxşılaşması, çoxtərəfli münasibətlərin formalaşması regionda Azərbaycanın nüfuzuna siyasi dividentlər gətirəcək.

Deputat hesab edir ki, Azərbaycan həqiqətlərinin tərəfdaşlar konfransının sesiyasında iştirak edən dövlətlərin vasitəsi ilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması ölkəmizin müsbət siyasi dividentlər əldə etməsi deməkdir.

“COP29-da 80-dən artıq dövlət və hökumət başçılarının iştirakı, müxtəlif ölkədən minlərlə nümayəndələrin gəlməsi Azərbaycanın həm regional, həm də qlobal masştabda beynəlxalq nüfuzundan xəbər verir. Bu, eyni zamanda Azərbaycanın iqlim dəyişiklikləri üzrə proseslərdə yaxından iştirakı və bu sahədə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi anlamına gəlir. COP29-da beynəlxalq ictimaiyyətə ciddi mesajlar verilir ki, Azərbaycan regionun nüfuzlu aparıcı dövlətidir”.