COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

21:48 05.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 63 623 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 940, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 683 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 251 051, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 053 560, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 197 491 təşkil edir.

Oxunma sayı 620