Yazını böyüt
Yazını kiçilt
Fransanın Monpelyedə şəhərində keçirilən cüdo üzrə Çempionlar Liqası başa çatıb.
Hafta.az xəbər verir ki, Azərbaycan millisinin cüdoçusu Uşanqi Kokauri (+100 kq) qarışıq komanda yarışında gücünü sınayıb.
İdmançımız bürünc medal qazanaraq Gürcüstanın “Zolotoy Qori” klubunun heyətində fəxri kürsüyə qalxıb.
Beşqat Olimpiya çempionu Teddi Rinerin rəhbərlik etdiyi PSJ yarışın çempionu olub.