Culfa və Ordubada yeni prokurorlar təyin edildi

16:33 21.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş Prokurorluqda yeni təyinatlar olub.

Hafta.az-ın məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Afət Kərimli Culfa rayon prokuroru və Kənan Seyidov isə ikinci səlahiyyət müddətinə Ordubad rayon prokuroru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, A.Kərimli buna təyinatadək Babək rayon prokurorunun müavini vəzifəsində işləyib.