Culfada 2920 abonent qazsız qaldı

19:34 30.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində minik avtomobili qaz xəttinə çırpılıb.

Hafta.az xəbər verir ki, hadisə şəhərin Ordubadi küçəsində qeydə alınıb.

Qəza nəticəsində minik avtomobili D-100-lük qaz xəttini qırıb. Təhlükəsizlik məqsədilə 2920 abonentin qaz təchizatı dayandırılıb.

Bərpa işləri yekunlaşan kimi həmin ərazidə təbii qazın verilməsi təmin ediləcək.