DİM-in xərcləri də ARTIRILIR

11:02 24.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2026-cı il dövlət büdcəsində Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyətinə 21.3 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Hafta.az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Bu məbləğ 2025-ci illə müqayisədə 2 milyon manat və ya 10.2% çoxdur.