Yazını böyüt
Yazını kiçilt
Mahaçqala və Dərbənddə baş verən hücumlar nəticəsində ölənlərin sayı artıb.
Hafta.az xəbər verir ki, bu haqda Dağıstan müftiliyi məlumat yayıb.
Məlumata görə, terror aktları nəticəsində 9 nəfər həlak olub, onlardan yeddisi hüquq mühafizə orqanlarının əməkdaşlarıdır. Silahlı hücumlarda 25 nəfər xəsarət alıb.
***
Mahaçqala və Dərbənddə baş verən hücumlar nəticəsində hüquq-mühafizə orqanlarının 6 əməkdaşı həlak olub, 12 nəfər yaralanıb.
Hafta.az xəbər verir ki, Mahaçqalada hücum edənlərdən ikisinin öldürüldüyü məlum olub.
Hücum edənlərin sayı məlum deyil.
Qeyd edək ki, bu gün axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib.