Daha  41 nəfər yoluxub, ölən var

21:00 26.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 41 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 1 nəfər ölüb.

 

İndiyədək ölkədə ümumilikdə 823 064 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 806 nəfər müalicə olunaraq sağalıb, hazırda 317 aktiv xəstə var. Bu günə qədər 9941 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2014, ümumilikdə isə 7 311 644 test icra olunub.