Yazını böyüt
Yazını kiçilt
ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlar barədə həftəlik statistik məlumatları açıqlayıb.
ANAMA-dan hafta.az-a verilən məlumata görə, oktyabrın 3-dən 8-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 92 tank əleyhinə 54 mina və 458 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 316 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.