Daha 1909 sürücü inzibati məsuliyyətə cəlb edilib

10:57 11.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) xüsusi karantin rejiminin pozulması halları ilə bağlı məlumat yayıb.

BDYPİ-dən hafta.az-a verilən məlumata görə, 10.04.2020-ci il saat 00:00-dan 11.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 909 nəfər karantin rejimini pozduğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 13 227 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.