Daha 337 nəfər koronavirusa yoluxub

16:42 09.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 337 yoluxma faktı qeydə alınıb, 442 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 817 min 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 804 min 557 nəfər müalicə olunaraq sağalıb, 9 min 849 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 min 916 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 159, bu günə qədər isə ümumilikdə 7 milyon 187 min 798 test icra olunub.