Daha bir azərbaycanlı  koronavirusdan sağaldı

21:18 16.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda ilk koronavirusa yoluxma kimi qeydə alınan 55 yaşlı azərbaycanlı sağalıb və xəstəxanadan evə buraxılıb.

Hafta.az-ın məlumatına görə, bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasından məlumat verilib. Məlumatda bildirilib ki, onun təkrar testlərinin cavabı mənfi olub və o evə buraxılıb.

Həmin şəxsə bir həftə müddətində ev şəraitində qalaraq özünü təcrid etməsi tövsiyə edilib.

Qeyd edək ki, azərbaycanlı vətəndaşa koronavirus diaqnozu fevralın 26-da qoyulmuşdu.