Daha bir erməni hərbçi ölüb

23:41 14.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu ölüb.

Hafta.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Avqustun 14-də saat 15:20 radələrində 41 yaşlı Manvel Tadevosyanın vəziyyəti kəskin pisləşib.

"Həkimlər köməklik göstərsələr də, onu xilas etmək mümkün olmayıb. Ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib”, - deyə nazirliyin yaydığı məlumatda qeyd olunub.

Oxunma sayı 132