Daha bir mədəndə faciə - 27 nəfər torpağın altında qaldı

09:30 18.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Afrika ölkəsi Burkina Fasonun şimalında yerləşən Namentenqa əyalətində fəaliyyət göstərən qızıl mədənində faciə yaşanıb.

Hafta.az-ın yazdığına görə, Namentenqa əyalətinin Lebri qəsəbəsindəki Qassin qızıl axtarışı sahəsində torpaq sürüşməsi baş verib.

Sürüşmə nəticəsində 27 şaxtaçı həyatını itirib.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.