Daha bir qazimiz Türkiyəyə göndərilib

11:24 19.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağır yaralanan qazilərdən biri Ələkbərov Ömər Teymur oğlu müalicə məqsədilə Türkiyə Respublikasına göndərilib.

Bu barədə hafta.az-a “YAŞAT” Fondundan məlumat verilib.

Bildirilib ki, Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Fond qazimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə Xatırladaq ki, bu günə qədər 177 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 155-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.