Daha bir tələbə vəfat etdi

14:38 05.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin Təsviri incəsənət müəllimliyi ixtisasının IV kurs tələbəsi Rəqsanə Aydın qızı Əliyeva uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Hafta.az-ın məlumatına görə, bu barədə məlumatı Sosial və Aqrar-Texnoloji Kollec ictimailəşdirib.


Kollecin direktoru Leyla İbrahimova başda olmaqla kollektiv adından tələbənin ailəsinə və yaxınlarına başsağlığı verilib.

Allah rəhmət eləsin!