Danimarka və Almaniya Ukraynaya 80 Leopard 1 tankı təhvil verəcək

20:25 05.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen TV2 telekanalına bildirib ki, ölkə Almaniya ilə birlikdə Ukraynaya 80 Leopard 1 tankı təhvil verəcək.

Telekanalın məlumatına görə, hərbi texnika iyunun 1-dək Ukrayna qoşunlarının istifadəsinə hazır olacaq. Mart ayında Poulsien Danimarka, Almaniya və Hollandiyadan olan ilk Leopard 1 tanklarının mayın əvvəlində Ukraynaya təhvil veriləcəyini açıqlamışdı.