Danimarkada süni intellekt siyasi partiyaya rəhbərlik etdi

19:43 24.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Danimarkada süni intellekt siyasi partiyaya rəhbərlik edib, Oddity Central yazır.

Synthetic adlandırılan partiya may ayında bir qrup sənətçi tərəfindən təsis edilib. Partiya 1970-ci illərdən bəri heç vaxt parlamentdə yer qazanmayan bütün Danimarka partiyalarının siyasətləri ilə proqramlaşdırılmış süni intellekt tərəfindən idarə olunur.

Sintetik Partiya ayda 13 700 ABŞ dolları həcmində universal baza gəliri təyin etməyi və hökumətdə digər dövlət institutlarından geri qalmayan birgə İnternet və İT sektoru yaratmağı təklif edir - bütün bunlar Lider Lars adlanan süni intellekt həlləridir.