Dava zamanı bir nəfər ölüb

09:00 30.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 29-də saat 23 radələrində Suraxanı rayonu Yeni Ramana qəsəbəsində evlərin birində 1997-ci il təvəllüdlü Qənbərov Bəkir Qanbay oğulunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, 1997-ci il təvəllüdlü Quluzadə İmamverdi və 1987-ci il təvəllüdlü Əhmədov Şahininin xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən hafta.az-a bildirilib ki, ilkin məlumata görə cinayət hadisəsi həmin şəxslər arasında şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.