Dayə işlədiyi evdən 12 minlik qızıl oğurladı

12:52 09.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda mənzildən külli miqdarda qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il aprelin 24-dən iyunun 5-dək olan müddətdə rayon ərazisindəki evlərin birindən 12.750 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən həmin evdə dayə işləyən Bakı şəhər sakini R.Kərimova saxlanılıb.

Araşdırma aparılır.