Dəhşətli qəzada ölənlərin sayı 4-ə çatdı - YENİLƏNİB 

22:20 05.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Salyan yolundakı qəzada həlak olanların sayı 4 nəfərə çatıb.

 

Hafta.az xəbər verir ki, hadisə zamanı yaralanan 3 yaşlı uşaq xəstəxanaya aparılan zaman vəfat edib.

 

Məlumata görə, qəza nəticəsində daha 2 nəfər yaralanıb. 

***

Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən hafta.az-a verilən məlumata görə, hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb.

İlkin məlumata görə, “Hyundai Accent” markalı 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü 1 qadın və 1 azyaşlı uşaq isə xəsarət alıb.